
BİZ KİMİK
ART INŞAAT CONSTRUCTION & ENGINEERING GROUP - Azərbaycan və Türkiyədə fəaliyyət göstərən və uzun illər təcrübəyə malik inkişaf etmiş şirkətlərin tərəfdaşlığıdır.
ART INŞAAT böyük və kiçik layihələr arasında fərq qoymadan, hər səviyyədə texniki dəstək və xidmətlər təqdim etmək üçün bilik və təcrübəyə malikdir. Müştəri məmnuniyyətini hər zaman prioritet hesab edən və institusional olaraq daim inkişaf edərək peşəkar kimliyini gücləndirən mühəndislik və podrat şirkətidir.
Tərəfdaş şirkətləri və strateji həll ortaqları ilə birlikdə Xəzər regionunda, Gürcüstanda və Türkiyədə müştərilərinə xidmət göstərə bilər.
ART INŞAAT, öz nəzdindəki digər şirkətlərlə birlikdə müştərilərinin ehtiyac duyduğu layihələrdə mühəndislik (E), təchizat (P), istehsal, tikinti (C), quraşdırma və istismara vermə sahələrində açar təslim “EPC” xidmətləri təqdim edir.
Təşkilati çevikliyi sayəsində ART INŞAAT, müştərilərinin podrat strategiyalarına tam uyğunlaşır. Bu çərçivədə hazırlanmış layihənin “E” - Mühəndislik, “P” - Təchizat, “C” - Tikinti hissələrini ayrı-ayrılıqda və ya birlikdə yerinə yetirə bilər. Beləliklə, müştərilərinin podrat strategiyalarına əsasən ən səmərəli razılaşma üçün zəmin yaradır.
DƏYƏRLƏRİMİZ
Dünyaya, birgə çalışdığımız cəmiyyətə və əməkdaşlıq etdiyimiz şirkətlərə dəyər qatmaq üçün çalışırıq. Uğurumuzun və korporativ mədəniyyətimizin əsasını təşkil edən dəyərləri qoruyur və yaşadırıq. Peşəkar həyatda dəyərlərimizə uyğun insanlara yer veririk.
MİSSİYAMIZ
İxtisaslaşdığımız və fəaliyyət göstərdiyimiz sahələrdə beynəlxalq səviyyədə tanınan əməyin təhlükəsizliyi, keyfiyyət və tətbiq standartlarını təmin edərək dünyanın aparıcı təşkilatlarına Layihə İdarəetməsi, Mühəndislik İdarəetməsi, Açar Təslim Layihə İnşası və Obyektlərin Baxımı və Təmiri sahələrində yüksək effektiv xidmətlər və dəyər qatan həllər təqdim etmək.
VİZYONUMUZ
Fəaliyyət göstərdiyi sahələrdə müştərilər, işgüzar tərəfdaşlar və əməkdaşlar tərəfindən ən çox üstünlük verilən şirkət olmaq, fərq yaradan idarəetmə sistemləri və dəyər qatan xidmət yanaşması ilə nümunə olmaq.